Notice: class-oembed.php 5.3.0 versiyasından bəriistifadə edilməyəcək! Yerinə wp-includes/class-wp-oembed.php istifadə edin. in /home/bakumed/public_html/wp-includes/functions.php on line 4808

Warning: Creating default object from empty value in /home/bakumed/public_html/wp-content/themes/vtstudio/framework/ReduxFramework/ReduxCore/inc/class.redux_filesystem.php on line 29
Şəhid ailələri və müharibə əlillərinə daha 40 mənzil təqdim olundu | BakuMedia.Az

Şəhid ailələri və müharibə əlillərinə daha 40 mənzil təqdim olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sabunçu rayonunun Ramana qəsəbəsində və Qaradağ rayonunun “Ümid” qəsəbəsində daha 40 mənzil şəhid ailələri, Qarabağ müharibəsi və Çernobıl əlillərinə təqdim edilib.

 Nazirlikdən verilən məlumata görə, mənzillərin sənədlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov və “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev təqdim ediblər

. V.Behbudov bildirib ki, bu gün 8 maydır, ötən illərdə 8 may gününü Şuşanın işğalı günü kimi kədərlə yaşayırdıq, lakin 2020-ci ildə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi Zəfər əldə edərək, torpaqlarımızı, o cümlədən dogma Şuşamızı işğaldan azad etdi.

 Beləliklə, bu gün azad Şuşamızla birgəyik və hazırda mənzillər təqdim olunanlar sırasında Birinci Qarabağ müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri, Qarabağ müharibəsi əlilləri, Çernobıl əlilləri  ilə yanaşı, həmin 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailələri, eyni zamanda, həmin müharibənin əlilləri də var.




Notice: Trying to access array offset on value of type bool in /home/bakumed/public_html/wp-content/themes/vtstudio/inc/libs/bk_core.php on line 10