Şamaxı rayonunda silahlı insident olub.
Bakumedia.az-ın verdiyi xəbərə görə, hadisə iyunun 6-da baş verib. Kriminal aləmin 10-a yaxın üzvü arasında baş verən atışmada bir neçə nəfər yaralanıb.
Şamaxı Rayon Prokurorluğundan "Qafqazinfo”ya bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb və hazırda istintaq davam etdirilir. Prokurorluq hadisə bağlı əlavə məlumat verməkdən imtina edib.
Bakumedia.az