"Whatsapp" mesaj bölməsində göndərilən videoların keyfiyyətini seçməyə imkan verəcək yeni funksiya işə salacaq.
Bakumedia.az xəbər verir ki, bu barədə “Wabetainfo.com” saytı məlumat yayıb.
Qeyd olunur ki, istifadəçi videonu göndərmək üçün ona təqdim olunan 3 variantdan birini seçə biləcək: "Avto" (tövsiyə edilir), "Ən yüksək keyfiyyət" və "Məlumatların qənaəti".
"Avto" rejimdə video keyfiyyətinə görə avtomatik, "Ən yüksək keyfiyyət"də orijinal formatda, "Məlumatların qənaəti" seçimində isə göndərilmə vaxtını qısaltmaq üçün videonun həcmi sıxılaraq göndəriləcək.
Hazırda test mərhələsində olan yeni funksiyadan ilk olaraq “Android” əməliyyat sistemli smartfonların "Whatsapp" tətbiqlərində istifadə etmək mümkün olacaq. Yeniliyin bütün istifadəçilər üçün nə vaxt əlçatan olacağı isə açıqlanmayıb.