Çin iqdisadi çətinlik qarşısında - Valyuta ehtiyatları azalır
İqtsadiyyat 07 aprel 2026, 23:58

Çin iqdisadi çətinlik qarşısında - Valyuta ehtiyatları azalır

Çin Dövlət Valyuta Mübadilə İdarəsi 2026-cı ilin mart ayına dair valyuta ehtiyatları məlumatlarını açıqlayıb.

"Bakumedia" Marja-ya istinadən xəbər verir ki, ölkənin valyuta ehtiyatları mart ayında fevral ayına nisbətən 85,7 milyard dollar azalaraq 3 trilyon 342 milyard dollara geriləyib.

Ehtiyatların dəyəri əvvəlki ayla müqayisədə 2,5% azalıb.

Açıqlamada mart ayında ABŞ dolları indeksinin yüksəldiyi, buna qarşılıq qlobal maliyyə aktivlərinin qiymətlərinin isə düşdüyü qeyd edilərək, valyuta ehtiyatlarındakı azalmanın mübadilə əməliyyatları ilə aktiv qiymətlərindəki dəyişikliklərin birgə təsirindən qaynaqlandığı vurğulanıb.